"SMT İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan (Gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) inzibati xəta protokolu tərtib edilib.
Valyuta.az-ın məlumatna görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə iddası ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 493-cü maddasinə görə, Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
İş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun icraatındadır.
Sadiq İsbəndərli