AZ

QHT rəhbəri: ABŞ başda olmaqla bir çox ölkələr iqlim maliyyəsi üzrə öhdəliklərindən qaçmağa çalışır

"ABŞ başda olmaqla bir çox ölkələr iqlim maliyyəsi üzrə öhdəliklərindən qaçmağa çalışır".
APA-nın məlumatına görə, bunu iqlim maliyyəsi üzrə müzakirələrdə iştirak edən "Power Shift" Qeyri-Hökumət Təşkilatının rəhbəri Mohamed Adow deyib.

O əlavə edib ki, bütün iştirakçı ölkələr razılaşma üçün yaranmış bu tarixi imkandan istifadə etməlidir:

"Tərəflərin razılığı bizim üçün çox vacibdir. ABŞ başda olmaqla bir çox ölkələr öhdəliklərindən qaçmağa çalışır. Biz Bakı prosesinin iflasa uğramasına imkan verməməliyik. Ona görə də yaranmış bu tarixi imkandan istifadə etməliyik. Zəngin ölkələr də bunu nəzərə almalıdır ki, biz əlverişli olmayan istənilən mətnlə razılaşmayacağıq. Onu da deyim ki, tərəflər razılaşmayana qədər buranı tərk etmək fikrimiz yoxdur. Hesab edirik ki, razılaşma əldə olunmasa bundan bütövlükdə dünya çox şey itirəcək və məsuliyyətini də elə özü daşımalı olacaq. Bütün ölkələrin iqlim dəyişikliyi ilə mübarizəsinə dəstəyin təmin olunması üçün yetərincə məbləğ ayrılmalıdır. Həqiqət isə budur ki, biz təklif olunan miqyaslı razılaşmırıq və razılaşmayacağıq. Çünki iqlim dəyişikliyi problemi ilə mübarizə üçün daha çox vəsaitə ehtiyac var".
Seçilən
2
1
sherg.az

2Mənbələr