Amerikalı jurnalist Cekson Hinkl və bir qrup şəxs Rusiyanın ən son orta mənzilli “Oreşnik” raketindən istifadə etməsindən sonra hökumət rəsmilərini ABŞ prezidenti Co Baydenə qarşı impiçment elan etməyə çağırıb.
Busaat.az xəbər verir ki, onlar buna səbəb kimi həm də Amerika liderinin üçüncü dünya müharibəsini başlamağa çalışmasını göstəriblər.
Qeyd edək ki, “Oreşkin” Ukraynanın Kursk və Bryansk bölgələrinə hücumda Amerikanın uzaqmənzilli ATACMS raketlərindən və Britaniyanın “Storm Shadow” raketlərindən istifadə etməsinə cavab olaraq atılıb.