"Sumqayıt" heyətini yeni basketbolçu ilə gücləndirib.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, komanda 25 yaşlı amerikalı oyun qurucusu Zayon Yanqı heyətinə qatıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Karyerasına 2018/2019-cu illər mövsümündə "Vestern İllinoys" klubunda başlayan basketbolçu daha sonra "Oklend Qolden Qrizzlis" və "Sautern Yuta Tanderbörds" kollektivlərində çıxış edib. Zayon son olaraq Gürcüstanın "Raşi Tbilisi" komandasında oynayıb.