Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.
QOL.az xəbər verir ki, komanda doğma meydanda “Lokomotiv”i (Plovdiv) qəbul edib. Matç “Arda”nın qələbəsi ilə başa çatıb – 4:2.
Cəlal oyunun 89-cu dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, “Arda” 16 turdan sonra 30 xalla 4-cı sıradadır.