AZ

Qurban Qurbanovdan milli komanda açıqlaması

“Qarabağ” Azərbaycan Premyer Liqasının XIV turunda səfərdə “Səbail”i 3:0 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyun barədə fikirlərini bölüşərək, jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçularımı təbrik edirəm, vacib qələbə qazandıq. Daha yaxşı oyun gözləyirdim. “Səbail” ciddi rəqibdir. Meydança amili keyfiyyətli oyun oynamağa mane olurdu. Qarşımızda istəkli komanda var idi. “Səbail”in potensialı var. Cavid Hüseynova uğurlar arzu edirəm.

– Əsas heyətin meydana çıxmasının səbəbi nə idi?

– “Araz-Naxçıvan”la bağlı heç bir düşüncə yox idi. Hazır futbolçuları meydana buraxdıq. Bizə lazım olan heyəti qurduq.

– “Lion”la matça hazırlıq necə gedir? Bədavinin zədələnməsi necə təsir göstərəcək?

– Bədavinin zədələnməsini istəməzdik. Son zamanlar yaxşı formada idi. Müdafiədə əsas futbolçu idi. Fasilədən sonra ilk dəfə birlikdə idik. Vaxtımız azdır. Oyunçuların hazır olmasını çox istəyirəm. Qarşıdakı üç gün ərzində komandanı hazırlamağa çalışacağıq. “Lion” topla çox yaxşı oynayır. Məşqlərdə oyunçulara onları daha yaxşı tanıdacağıq.

– Futbolçularınızın millidə oyununu necə dəyərləndirirsiniz?

– Mənim üçün ən çətin suallardan biri milli ilə bağlıdır. Mən millininin heç bir futbolçusunu ayırmaq istəmirəm. Hər biri öz ölkəsi üçün oynayır. Bəzən belə oyunlar olur. Hamının başına gələn hesablardır. Əlavə fikirlər yayılmasını istəmirəm. Nə olur olsun, millimizin yanında olmalıyıq. Hər kəsin fikirinə hörmət edirəm. Mənim hansısa fikir bildirməyim düzgün olmaz.

– Sizi yenidən millidə baş məşqçi kimi görə bilərik?
– Hər qurumun öz idarəçiləri var. Hazırda “Qarabağ”dayam. Qarşıma qoyulan məqsəd futbolçuların keyfiyyətini daha da yaxşılaşdırmaqdır. Fikrim öz komandamdadır.

– Fernandu Santuşun işini necə dəyərləndirirsiniz?

– Hər birimiz Fernandu Santuşa hörmətlə yanaşırıq. Hər kəs istəyir öz işində yaxşı nəticələr qazansın.

Seçilən
2
1
msport.az

2Mənbələr