AZ

Dünyanı zəhərləyən Qərb söhbəti 250 milyonla bağladı- ÖZƏL

"İlk dəfə deyil ki, Azərbaycan mötəbər bir tədbirə evsahibliyi edir. İlk olmayan həm də odur ki, Qərb bu prosesdə də Azərbaycana təzyiq etməyə çalışır, qısqanc və riyakar münasibət ortaya qoyurdu. Hər şeyin əvvəlində və sonunda Qərb, onların əli ilə güclənməyə cəhd edən dairələr bilməlidir ki, Azərbaycan xalqı Müzəffər Liderinin yanındadır, onun atdığı addımlara davamlı dəstək nümayiş etdirir".

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"İndi haqlı olaraq sual etmək bizə də düşür ki, dünyanı karbon qazı ilə zəhərləyən Qərb niyə maliyyə öhdəliklərindən boyun qaçırdır, yük altında başqalarını qoymağa çalışır? 1 trilyon gözlənilən, ən əsası isə lazım olduğu halda əlini sıxaraq bunu sadəcə 250 milyon ilə məhdudlaşdırır. Olmazmı ki, Azərbaycana qarşı tuşlanan rıçaqlarını da məhdudlaşdırsınlar, Qarabağdan çıxan ermənilərdən yenidən istifadə etməklə regionda öz planlarını cızmaq meyillərindən əl çəksinlər, Azərbaycanda yenidən separatizmi, terroru alovlandırmaq məqsədlərinə son qoysunlar? Olar, amma bu onların mənfur əməllərini qidalandırmır. Nədir? Yoxsa Qərb sanır ki, görmürük? Elə Co Baydenin məktubundan hər şey aydın idi. Ermənistan-Azərbaycan arasında tələm-tələsik sülhə nail olmaq, bunu Vaşinqton meydanında etməklə Nobel sülh mükafatına nail olmaq. Ay hay! Haylardan çox hay olan Qərb indi də Azərbaycanı neft-qaz sənayesi üzrə qeyri-real öhdəliklər altında boğmaq istəyir. 
Əl-qərəz, bütün mənfur planlara rəğmən Azərbaycan sayca 29-cu olan COP tədbirini də uğurla başa vurdu. Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş caniləri müdafiə etməkdənsə bircə dəfə mətbu orqanlarında COP29-un uğurlarından bəhs etsinlər. "Çox keçməz ki, sizi sevindirərəm" deyərək Qərbdəkilər yenə neft-qaz üçün hayla olmasa da, harayla Bakıya qaçıb gələrlər. Bir sözlə, dünyanı zəhərləyən Qərb söhbəti hələ ki, 250 milyonla bağladı".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
olaylar.az

1Mənbələr