AZ

Netanyahu Kolumbiyaya gedərsə, həbsEDİLƏCƏK

Kolumbiyanın təhlükəsizlik qüvvələri İsrailin Baş naziri Benyamin Netanyahunu Latın Amerikası respublikasına səfər edəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edəcək.

Redaktor.az xəbər verir ki, bunu Kolumbiya prezidenti Qustavo Petro deyib.

"Biz Beynəlxalq Cinayət Məhkəməsinin qərarına hörmət edirik, əgər Netanyahu və onun müdafiə naziri Kolumbiyaya səfər edərsə, biz onları həbs edəcəyik. Fələstin və regionda baş verənlər təkcə müharibə deyil, əksinə, şimal ölkələrindən bütün cənuba təhdid mesajıdır", - o qeyd edib.

Seymur BƏNNAYEV 

 

 

Seçilən
14
10
redaktor.az

10Mənbələr