İki gün əvvəl Ukraynada silah zavodunu yeni silahı - “Oreşnik” raketi ilə vuran Rusiya Qərbi qorxuya salıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yeni raketi hava müdafiə sistemlərinin "tuta bilməməsi" qorxunu daha da böyüdüb.
Üstəlik, Rusiya prezidenti Putinin "Dünyada heç kimin belə bir silahı yoxdur. Bu gün dünyada bu raketİi "tuta biləcək" və ya qarşısını ala biləcək bir vasitə yoxdur", - sözləri güclü dövlətləri düşündürməyə başlayıb.
Bu gün isə Rusiya Strateji Raket Qüvvələrinin baş komandanı, general Sergey Karakayev silah istehsalı müəssisələrinin rəhbərləri iə görüşdə bildirib ki, yeni raket iki gün əvvəl ukraynada uğurla sınaqdan keçirilib: ""Oreşnik” raketi dünyada unikaldır. Raketı nüvə olmayan ballistik raket növlərindən olmaqla hazırkı və gələcək raketdən müdafiə sistemlərini rahatlıqla dələcək imkana sahaibdir. Bu silah müəyyən edilmiş missiya və məsafədən asılı olaraq, Avropadakı bütün hədəfləri maneəsiz vura bilər".
Samir Musayev
MİA.AZ