AZ

"Ukrayna bizim raketlərimizlə Rusiyanı vura bilər..."

Fransa Ukraynaya Fransanın uzaqmənzilli “Storm Shadow/Scalp” raketlərindən istifadə edərək Rusiya ərazisinə zərbələr endirməsinə icazə verib. Fransanın xarici işlər naziri Jan-Noel Barro şənbə günü, noyabrın 23-də BBC-yə müsahibəsində belə deyib.

SİA-nın əldə etdiyi məlumata görə, o qeyd edib ki, bu cür hərəkətlər yalnız “özünümüdafiə məqsədilə” mümkündür. Eyni zamanda, nazir Ukrayna ordusunun Fransa silahlarından istifadə etməsi faktını təsdiqləməyib.

Barro vurğulayıb ki, Qərbin Ukraynanı dəstəkləməkdə “qırmızı xətləri” olmamalıdır. Fransa ordusunun hərbi əməliyyatlarda mümkün iştirakı ilə bağlı suala o, “Fransa heç bir ssenarini istisna etmir” cavabını verib.

Diplomat həmçinin bildirib ki, ölkə Ukraynanın NATO-ya dəvət olunması ideyasını dəstəkləyir.

...Biz dəvət göndərməyə hazırıq və Ukraynanın dostları və müttəfiqləri ilə onları öz mövqeyimizə yaxınlaşdırmaq üçün işləyirik, - deyə Barro əlavə edib.

Əli Babayev

Seçilən
14
sia.az

1Mənbələr