Ukrayna Rusiyanın dərinliklərini vura biləcək öz ballistik raketlərini yaratmaq üzərində işləyir.
Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb.
Qeyd olunub ki, avqust ayında bu cür raketlərdən biri sınaqdan keçirilib, lakin proqram maliyyə çatışmazlığı və infrastruktur məhdudiyyətləri ilə üzləşir.
Məqalədə bildirilir ki, Ukrayna Sovet dövründən qalma texniki biliklərə sahibdir, lakin kütləvi istehsal üçün əlavə resurslara ehtiyac var.
Eyni zamanda, Bayden administrasiyası iqtisadi baxımdan effektiv bir həll olaraq, artıq pilotsuz uçuş aparatlarının inkişafına dəstək verməyə fokuslanıb.
Musavat.com