Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
OXU24.COM "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən türk diplomatik mənbə məlumat verib.
“ Türkiyənin xarici işlər naziri Hakan Fidan şənbə günü, noyabrın 23-də rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb, nazirlər ölkələr arasında ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər”, - deyə o bildirib.
Bundan əvvəl Fidan bildirib ki, ABŞ və Avropanın Ukraynaya silah tədarük etməsi qlobal müharibə kimi qələmə verilə biləcək vəziyyətə gətirib çıxarıb. Onun sözlərinə görə, Türkiyə tərəfi Rusiya prezidenti Vladimir Putinin danışdığı qlobal müharibə riski barədə daim xəbərdarlıq edir. Fidan əlavə edib ki, Ankara Ukraynada və Qəzza zolağında münaqişələrin “fay xətlərinin dərinləşdiyini, müəyyən oyunçuları bir araya gətirdiyini və qütbləşməni artırdığını” görür.