AZ

COP29-UN AZƏRBAYCANDA KEÇİRİLMƏSİNƏ QONŞU DÖVLƏTLƏRİN MÜNASİBƏTİ

2024-cü ilin ən yadda qalan və səs gətirən hadisələrindən biri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsidir. Bu Azərbaycan üçün böyük bir uğur və fürsətdir.Təbii ki,heç bir uğur asanlıqla qazanılmır.2023-cü ildə Bolqarıstan və Ermənistanın namizədliyinə baxmayaraq,Şərqi Avropa ölkələrinin rəyi əsasında COP29-a ev sahibliyi edəcək olan ölkə Azərbaycan seçilmişdir.Bunu öz mənafeinə zidd sayan bir sıra kütlə əsassız itthamlarla ölkəyə qarayaxmalar etməyə çalışmışdır.Bununla yanaşı Azərbaycana dəstək olanların sayı az deyildir.Bəs qonşu dövlətlərin COP29-un Azərbaycanda keçirilməsinə münasibəti nədir?
Qardaş ölkə Türkiyə həmişə olduğu kimi yenə Azərbaycana öz fəal dəstəyini göstərmişdir.COP29-a görə qardaş ölkənin prezidenti R.T.Ərdoğanla yanaşı,Türkiyə hökümətinin üzvləri,elmi ictimaiyyətin ictimai və qeyri-hökümət təşkilatlarının nümayəndələri və ekspertlər gələcək.Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı “Anadolu” agentliyinə bildirib ki,Azərbaycan konfransa fəal şəkildə hazırlaşır.Bununla yanaşı Türkiyə medyasında bununla bağlı iki dövlətin həmrəyliyi və birliyi nəzərə çatdırılır.
Ukrayna, Qərb ölkələrini Putinin Azərbaycanda keçirləcək COP29 sammitinə gələcəyi halda, tədbiri baykot etməyə çağırmışdı. Rusya prezdenti Vladimr Putin tədbirdə iştirak etmədi.Buna baxmayaraq,Rusyanı baş nazirin başçılığı ilə nümayəndə heyəti təmsil etdi.Rusiya nümayəndə heyətinin rəhbərinin müavini İqor Şumakov deyib: “Hər şey əladır.Ev sahibi tərəf,Azərbaycandan olan həmkarlarımız belə genişmiqyaslı forumun təşkili üçün əlindən gələni etdi.Azərbaycan prezdenti İlham Əliyevin dediyi kimi bu forumda 70 min iştirakçı qeydiyyatdan keçib.Formun ilk günlərində 80-dən çox prezident və hökümət başçısı oraya səfər edib.Ona görə də,təşkilatçılıq ən yüksək səviyyədədir,işləmək bizim üçün xoş və rahatdır.”
İran prezidenti Məsud Pezeşkian COP29 üçün Azərbaycana gələcəyini rəsmi formada təsdiqləmiş,lakin gəlməmişdir.İranın bəzi qeyri-rəsmi xəbər agentlikləri,tanınmış anti-Azərbaycan jurnalist və ekspertlərlə birlikdə İranın COP29-da məhdud iştirakının və ya tədbirin tamamilə baykot edilməsinin təkidində fəal rol oynamışdır.Bununla belə COP29-da İranı,vitse-prezident Şina Ənsari təmsil etmişdir.Eyni zamanda Ənsari qeyd edib ki,prezident İlham Əliyev ondan iranli həmkarı Məsud Pezeşkiana dostluq mesajını çatdırsın.Ancak Məsud Pezeşkianın Bakıya səfər edəcəyini dediyi halda etdiyi qərar dəyişikliyi bir sıra müzakirələrə səbəb olmuşdur və səbəbi hələ də naməlumdur.
Qonşu ölkə Gürcüstan, COP29-un Azərbaycanda keçirilməsinə öz xoş münasibətini bildirmiş və təbrik etmişdir.Gürcüstanın baş naziri İrakli Kobaxadze və onun rəhbərlik etdiyi nümayəndə heyəti COP29-a görə Bakıya səfər etdi. Bununla yanaşı Gürcüstan parlamentinin sədri Nikoloz Samxaradze açıqlamasında qeyd etmişdi: “Biz bu konfransın Bakıda keçirilməsindən çox məmnunuq və tədbirin təşkilatçılarına uğurlar arzulayırıq.Bir neçə gün əvvəl seçkilərimiz oldu,parlament tezliklə toplanacaq və biz yeni parlamentdə Azərbaycanla sıx təmasda olacağıq. Əminəm ki,növbəti 4 ildə Bakı və Tbilisi arasında dostluq və qardaşlıq münasibətləri daha da dərinləşəcək.İqlim problemi bütün dünyada problemdir və Qafqaz regionundan da yan keçmir.”
Samxardzenin sözlərinə görə,COP29-a ev sahibliyi edən ölkə statusunun alınması Azərbaycanın bütün dünyada böyük nüfuza malik olduğunu göstərir.
Azərbaycanla ziddiyətli münasibəti olan Ermənistan əvvəl COP29-da iştirak etməklə bağlı qərarsız olduğunu demişdi. İlk öncə Ermənistanın xarici işlər naziri Arat Mirzoyan Bakıda COP29-a səfərlə bağlı parlament komissyalarının birgə iclasında bu mövzuya toxunaraq deyib: “Bizim COP29-da iştirakımız təsdiqlənməyib,lakin biz bu məsələ ilə bağlı rəsmi reaksiya və ya mövqe bildirməmişik.Bu haqda Ermənistan Baş Nazir Aparatının sədri Arayik Artunyan qeyd edib: “Bakıya getmək qərarına sülh müqaviləsi çərçivəsində ciddi irəliləyişlər də daxil olmaqla,bir çox hallara təsir edə bilər.”
Ermənistan tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmişdir. Buna baxmaraq Ermənistan nümayəndə heyəti tədbirdə təmsil olunmamışdır. Ermənistan mətbuatında İrəvanın Bakı həbsxanasında erməni əsirlərin azad edilməsi ilə bağlı sammitdə iştirakının şərtləndirildiyənə aid yazılar dərc olunsa da, dövlət rəsmiləri bunu təsdiqləməyiblər.
Yekun olaraq qeyd etmək istərdim ki, Azərbaycanda baş tutan iqlim sammiti təkcə Azərbaycanın regionda və dünyada mövqeini göstərməklə yanaşı,qonşu dövlətlərin Azərbaycana olan münasibətini də üzə çıxartdı.Azərbaycanın inkişaf edən ölkələr arasında böyük və vacib rola malik olduğunu bir daha sübut etdi.Bütün qarşıdurmalara,əsassız ittahamlara baxmayaraq Azərbaycan COP29-a möhtəşəm şəkildə hazırlaşdı və uğursuz nəticə gözləyənlərin gümanını yanıltdı.Əminliklə demək olar ki,Azərbaycanın xarici siyasətdə uğurları davamlıdır.Lap qədimdən bu günə qədər Azərbaycan humanitar bir dövlət kimi tanınmişdir və burada keçirilən çoxsaylı beynəlxalq tədbirlər, konfransalar və forumlar Azərbaycanı dünyada tolerantlıq,dözümlülük və multikulturalizm mərkəzi kimi təqdim etmişdir.

Aysu  Həsənova
“Azərbaycan” Universiteti“Beynəlxalq münasibətlər” fakültəsinin tələbəsi

Seçilən
12
heftelik.az

1Mənbələr