AZ

“İndi hamı soruşur ki, neçə qol vuracaqsan?”

“Təbii ki, sona qədər davam etmək çətin olsa da, bu, artıq mənim fikrimdədir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın vingeri Felipe Santos deyib.

Premyer Liqada 13-cü tur Tovuzda start götürdü. Muxtar Respublika təmsilçisi «Kəpəz»in qonağı oldu və 2:0 hesabıyla qalib gələrək, uğurlu seriyasını davam etdirdi.

Felipe isə bu matçda ardıcıl 7-ci qolunu vuraraq, bombardirlər yarışmasında ilk sıraya yüksəldi. Braziliyalı legioner mövsümü birinci pillədə tamamlamaq şanslarını necə görür?

Onu dinləyək:

«Hər oyunda qol vurub, bu hədəfə çatmağa çalışacam. Ümid edirəm ki, komandaya daha çox qol vurmaqla kömək edə biləcəm.

Fərqləndiyim hər epizod məni bir qədər də ruhlandırır.

Mövsümün əvvəlində mənə bu sualı tez-tez verirdilər ki, ilk qolunu nə vaxt vuracaqsan?

İndi isə hamı soruşur ki, mövsümün sonuna kimi neçə qol vuracaqsan? Əlbəttə, bu, mənim xoşuma gəlir».

Seçilən
16
sportinfo.az

1Mənbələr