AZ

Azərbaycanda kompüter və elektrik avadanlıqları istehsalı artıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalının ümumi dəyəri 221,3 milyon manat olub.

Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 4,3%, elektrik avadanlıqlarının istehsalı isə 29,6% artıb.

Fuad Mədətov
Fins.az

Seçilən
2
7
fins.az

9Mənbələr