AZ

“Kinomexanik” Fransadan iki mükafatla qayıtdı

Rejissor Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” filmi daha iki mükafat qazanıb.

1979-cu ildən Fransanın Nantes şəhərində keçirilən “Festival Des trois Continents”də “Gənc münsiflər mükafatı”na (Young Jury Award) və “Peşəkar münsiflərin xüsusi mükafatı”na (Professional Jury Special Mention) layiq görülən film iki dildə – azərbaycan və talış dillərində ekranlaşdırılıb.

Jurilərin yüksək dəyərləndirdiyi tammetrajlı sənədli film daha öncə Cənubi Koreyada “EIDF EBS Beynəlxalq Kino Festivalı”nda bu möhtəşəm tədbirin Qran-Prisi –  “Documentary Goyang Award” mükafatına layiq görülüb.

87 dəqiqəlik xronometrajlı “Kinomexanikin qayıdışı”nın rejissoru və ssenari müəllifi Orxan Ağazadə, operatoru Daniel Quliyev, montajçısı Nicole Schmeier, rejissor assistenti Leylaxanım Qənbərli, səs rejissoru  Morteza Najaflo, prodüserləri Lino Rettinger və François-Pierre Claveldir. Film Almaniya (Lichtblick Film) və Fransanın  (Kidam) ortaq istehsalıdır.

Onu da qeyd edək ki, filmin Bakı premyerası Azərbaycan Kinematoqrafçılar İttifaqının  dəstəyi ilə Azərbaycan Kinoteatrında keçirilib.

Seçilən
13
azpost.info

1Mənbələr