AZ

Avropa və ABŞ arasında müttəfiqlik dərin böhran içindədir

Uzun illərdir ki, NATO Avropa təhlükəsizliyinin əsasını təşkil edir, lakin bu gün Aİ-nin Vaşinqtonla tərəfdaşlığı təhlükə altındadır.Bu barədə "Foreign Affairs” yazır.

"Donald Trampın Ağ Evə qayıtması ilə ABŞ-ın Avropadakı iştirakının kəskin şəkildə azala biləcəyi real risk var. Əgər Birləşmiş Ştatlar Kiyevə hərbi yardımı dayandırarsa, bunun nəticələri həm Ukraynadakı münaqişə, həm də Avropanın qalan hissəsinin xarici təhdidlərdən qorunması üçün ciddi olacaq”, - materialda deyilir.

Nəşr hesab edir ki, Vaşinqtondan dəstək dayansa, Avropa üçün qiymət yüksək olacaq.

Dünya İqtisadiyyatı üzrə Kiel İnstitutunun məlumatına görə, Almaniya, Fransa və Britaniyanın münaqişə başlayandan bəri Ukraynaya göstərdiyi birgə hərbi yardım ABŞ-ın verdiyinin yarısından azdır.

Bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Bärbok Bakıda keçirilən iqlim konfransı zamanı Rusiya Federasiyasının Avropa ailəsinin bir hissəsi olduğunu bildirsə də, bu ölkəni Avropada sülhü pozmaqda ittiham edib.
 
Aytac

www.anews.az
Seçilən
15
anews.az

1Mənbələr