AZ

"Bloomberg": Avropanı yenə qaz qıtlığı təhlükəsi gözləyir

Qaz anbarlarındakı ehtiyatların sürətlə azalması və Rusiyadan tədarükün səviyyəsinin potensial enməsi fonunda Avropa yeni qaz böhranı ilə təhdid olunur. Geosiyasi gərginlik şəraitində bu il “mavi yanacağın” qiymətləri 45% artıb.

 

“Bloomberg” nəşri xəbər verir ki, Avropada soyuq havaların başlaması ilə əlaqədar istilik üçün qaza tələbat kəskin şəkildə artıb. Külək elektrik stansiyalarının ərazisində zəif küləklərin bu enerji mənbəyindən tam istifadə olunmasına imkan verməməsi vəziyyəti daha da ağırlaşdırır.

 

“İl ərzində qazın qiyməti 45% artıb. Bu artım templəri 2022-ci ildə müşahidə olunanlardan xeyli aşağıdır, lakin hələ də inflyasiya böhranının pisləşməsi təhlükəsi yaratmaq və onsuz da mübarizə aparan sənayeyə təzyiqi artırmaq üçün kifayətdir. Bu, 2022-ci ilə oxşamağa başlayır. Onda Avropa İttifaqı (Aİ) istənilən qiymətə qaz almağa hazır idi”, - “Global Risk Management” şirkətinin aparıcı analitiki Arne Lomann agentliyə müsahibəsində vurğulayıb.

 

 

Agentlik yaxın gələcəkdə qazın qiymətinin daha da artmasına səbəb ola biləcək əsas amillərdən biri kimi bəzi Avropa ölkələrinin hələ də Rusiyadan aldığı boru kəməri qazının nəqlinin dayandırılması riskini göstərir. Bu, ödənişlər üçün istifadə edilən “Qazprombank”a qarşı ABŞ-ın yeni sanksiyaları üzündən baş verə bilər. Boru kəməri qazının tədarükü ABŞ sanksiyalarından əvvəl də risk altında idi, çünki onun Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilə ilin sonunda başa çatır.

 

Digər risk amilləri sırasına ABŞ-dan mayeləşdirilmiş təbii qazın tədarükünün gecikməsi, həmçinin qış aylarında soyuq havalar daxildir. Bundan əlavə, 2025-ci ilin yayında qazın qiymətinin 2025-2026-cı ilin qışına nisbətən daha yüksək olacağı gözlənilir. Bu isə o deməkdir ki, gələn il qaz anbarlarının doldurulması prosesi əvvəlkindən daha çətin ola bilər.

 

Analitiklərin fikrincə, bu vəziyyətdən ən çox zərər çəkən ölkə 2022-ci ildəki kimi, hazırda iqtisadiyyatı durğunluq yaşayan Almaniya ola bilər. Bu ölkədə xüsusilə avtomobil, maşınqayırma, kimya sənayesi ciddi problemlərlə üzləşib.

Seçilən
15
33
senzor.az

10Mənbələr