AZ

Ən çox elektrikli avtomobil satan markalar açıqlanıb - SİYAHI

Dünya üzrə 2024-cü ilin yanvar-sentyabr aylarında ən çox elektrik avtomobil satan markalar açıqlanıb.

Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, “Tesla” bu ilin ilk doqquz ayında 1 milyon 293 min elektrikli avtomobil sataraq satış liderliyini əlində saxlayıb.

“BYD” 1 milyon 169 min ədədlə “Tesla”nı təqib edib. “Geely” və “Volkswagen” 500 min ədəd səviyyəsində qalıb. Siyahının ilk onluğuna Premium brendlər “BMW” və “Mercedes” də daxildir. Türkiyənin yerli elektrikli avtomobili “Togg”, 17 min 49 ədəd satışla siyahıda 33-cü sırada yer alıb.

Avtosfer.az 2024-cü ildə ən çox satılan elektrikli avtomobil markalarının siyahısını təqdim edir:

image

Tesla: 1.293.656 ədəd

BYD: 1.169.579 ədəd

Geely: 507.259 ədəd

Volkswagen: 506.688 ədəd

SGMW: 365.000 ədəd

Hyundai: 316.910 ədəd

BMW: 294.054 ədəd

GAC: 260.000 ədəd

Stellantis: 207.000 ədəd

Mercedes-Benz: 191.472 ədəd

Changan: 190.000 ədəd

Saic: 185.000 ədəd

General Motors: 156.000 ədəd

Nio: 149.281 ədəd

Chery: 126.000 ədəd

Leapmotor: 121.000 ədəd

Toyota: 108.287 ədəd

Dongfeng: 105.000 ədəd

Xpeng: 98.561 ədəd

Faw: 90.000 ədəd

Renault: 81.741 ədəd

Baic: 80.000 ədəd

Nissan: 80.000 ədəd

Xiaomi: 69.790 ədəd

Ford: 68.000 ədəd

 

Namiq Musayev

Seçilən
54
avtosfer.az

1Mənbələr