Qurban Qurbanov: "Mənə bir də bu barədə sual verməyin"
"Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov Azərbaycan milli komandasına baş məşqçisi olmaq niyyətində deyil.
Reyting.az xəbər verir ki, bu barədə o, "Səbail"lə oyundan sonra keçirilən mətbuat konfransında suala cavabda deyib.
Qurbanovun sözlərinə görə, onun üçün ən çətin suallar milli ilə bağlıdır: "Orada mənim həmkarlarım var, həm də İcraiyyə Komitəsindəyəm. Xahiş edirəm, mənə bir də bu barədə sual verməyin. Hər qurumun öz idarəçiləri var. Bu dəqiqə fikrim "Qarabağ"dadır".
Qurbanov millinin baş məşqçisi olan Fernandu Santuşdan da danışmaq istəməyib: "Cavab verə bilməyəcəm. Hər birimiz Santuşa hörmətlə yanaşırıq. Ona uğurlar arzulayıram. Hamı öz işində məsuliyyətli olmağa çalışır".