AZ

Nigerdə Fransa xüsusi xidmət orqanlarının əməkdaşı saxlanılıb

Fransanın xüsusi xidmət orqanlarının əməkdaşı olduğu bildirilən Marius Bersa Nigerdə saxlanılıb. SİA xəbər verir ki, bu barədə Nigerin İctimai Televiziyası məlumat yayıb. Həbs noyabrın 13-də baş tutsa da, məlumat bu gün ictimailəşdirilib.

Bildirilir ki, Fransa vətəndaşı olan Bersa öz ölkəsinin xarici kəşfiyyat xidməti DGSE ilə əməkdaşlıq edir.

Fransa tərəfi isə onun təhlükəsizlik şirkətində məsləhətçi işlədiyini iddia edir.

Seçilən
14
2
sia.az

4Mənbələr