AZ

Avropa yeni enerji böhranı ilə üzləşib

ABŞ-ın Rusiyanın “Qazprombank”a qarşı sanksiya tətbiq etməsindən sonra azalan qaz tədarükləri, soyuq hava və mümkün təchizat məhdudiyyətləri fonunda Avropa yeni enerji böhranı ilə üzləşib.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg”in dərc etdiyi məqalədə vurğulanıb.

Qeyd olunub ki, Ukrayna münaqişəsində gərginliyin artması ilə bu il mayeləşdirilmiş təbii qazın (LNG) qiymətləri 45% artıb. Soyuq hava enerji mənbəyinə tələbatı artırdığı üçün onun Avropadakı ehtiyatları sürətlə tükənir.
 

Qeyd edək ki, noyabrın 21-də ABŞ “Qazprombank”a və onun 6 xarici törəmə şirkətinə qarşı sanksiyalar tətbiq edib. Rusiya Federasiyası prezidenti Vladimir Putinin müvafiq sərəncamına əsasən, bu bank vasitəsilə Aİ ölkələrinə və Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmiş digər dövlətlərə Rusiya qazının tədarükü üçün rublla ödəniş sxemi təşkil edilib.


Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tranziti ilə bağlı saziş 2019-cu ildə bağlanıb və 2024-cü ilin sonunda başa çatır. Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib ki, onlar sazişin müddətini uzatmağı planlaşdırmırlar.

Bizim.Media

Seçilən
3
11
bizim.media

10Mənbələr