AZ

30 milyon insanın həyatı təhlükə ALTINDADIR

İqlim dəyişikliyi və təbii fəlakətlər XXI əsrin ən böyük qorxusudur. 2100-cü ilə qədər 30 milyon insanın bu səbəbdən həyatını itirəcəyi gözlənilir. İsti dalğalara, qida çatışmazlığına və havanın çirklənməsinə qarşı mübarizə aparmalı olan bəşəriyyət təcili tədbirlər görməsə, fəlakətlə üzləşəcək.

Viral.az xəbər verir ki, alimlər iqlim dəyişikliyinin və havanın çirklənməsinin təsirləri ilə bağlı apardıqları araşdırmalarda qorxulu mənzərə yaradıblar. Maks Plank Kimya İnstitutunun mütəxəssisləri tərəfindən aparılan araşdırmaya görə, bu iki amilin 2100-cü ilə qədər təxminən 30 milyon insanın ölümünə səbəb ola biləcəyi təxmin edilir. 

Tədqiqat 2000-2090-cı illər arasında 10 illik fasilələrlə məlumatların təhlili yolu ilə həyata keçirilib. Tapıntılar göstərir ki, ölümlər xüsusilə Cənubi və Şərqi Asiyada cəmləşəcək. Bölgənin qocalması və havanın çirklənməsi ilə bağlı davamlı problemlər bu pessimist proqnozun əsas səbəblərindəndir.

Son Yazılar:

Qərbi Avropa, Şimali Amerika, Avstraliya və Asiya-Sakit okean hövzəsi kimi yüksək gəlirli regionlarda ekstremal temperaturlara görə ölümlərin havanın çirklənməsi səbəbindən ölümlərdən çox olacağı gözlənilir. Xüsusilə ABŞ, İngiltərə, Fransa, Yaponiya, Yeni Zelandiya kimi ölkələrdə bu tendensiya artıq özünü göstərməyə başlayıb. 

Birləşmiş Millətlər Təşkilatının dərc etdiyi son hesabatda xəbərdarlıq edilir ki, əsrin sonuna qədər bütün dünyada temperatur 3,1 dərəcə arta bilər. Bu artım “fəlakət ssenarisi” hesab edilir. 

Dr. Andrea Pozzer bu mövzuda təəccüblü statistik məlumatları paylaşıb:

 “2000-ci illərdə həddindən artıq isti və soyuq hava şəraiti səbəbindən hər il təxminən 1,6 milyon insan həyatını itirməyə başladı. Əsrin sonuna qədər bu rəqəmin 10,8 milyona yüksələcəyi gözlənilir ki, bu da təxminən 7 dəfə artım deməkdir”.

Mütəxəssislər vurğulayırlar ki, iqlim dəyişikliyi və havanın çirklənməsi ilə mübarizə üçün daha güclü siyasət həyata keçirilməyincə bu cür ölüm halları qaçılmazdır. Bu, xüsusilə əhalinin sıx məskunlaşdığı və aztəminatlı ərazilərdə yaşayan insanlar üçün böyük təhlükə yaradır. Mütəxəssislər qeyd edirlər ki, lazımi ehtiyat tədbirləri görülməsə, dünyada təkcə səhiyyə sahəsində deyil, həm də iqtisadiyyat və sosial həyatda ciddi fəsadlar yarana bilər.

 

24 iyul 2024-cü il. Filippinin paytaxtı Manilada Qaemi qasırğası səbəbindən çaya çevrilən küçədə qalanlar qayıqlarla xilas edilir (qaynarinfo.az). 

Seçilən
2
7
viral.az

8Mənbələr