AZ

Nuno Mendes gələcəyi ilə bağlı qərar verib

PSJ-nin müdafiəçisi Nuno Mendes klubu ilə yeni müqavilə imzalamağa hazırlaşır.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 22 yaşlı futbolçunun Ruben Amorimlə “Mançester Yunayted”də yenidən birləşmək ehtimalı ilə bağlı söz-söhbətlərə baxmayaraq, klubu tərk etmək fikrində olmadığını qeyd edib.

Portuqaliyalı oyunçu 2022-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm o, 1 qol vurub və iki məhsuldar ötürmə ilə çıxış etdiyi on matçda iştirak edib. Müdafiəçinin Fransa çempionu ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. Transfermarkt portalının ekspertləri futbolçunun dəyərini 55 milyon avro qiymətləndirib.

Seçilən
43
90deqiqe.az

1Mənbələr