"Turan Tovuz" Misli Premyer Liqasında "Sabah"la heç-heç edib.
Publika.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan XIV turun oyununda 1:1 hesablı bərabərlik qeydə alınıb.
Görüşdə hesabı meydan sahibləri açıb. 12-ci dəqiqədə Otto Con adını tabloya yazdırıb. "Bayquşlar"a 1 xal qazandıran qolu isə 67-ci dəqiqədə Coy Lens Mikels vurub.
Bu nəticənin ardından Kurban Berdıyevin rəhbərlik etdiyi "Turan Tovuz" 27 xalla üçüncü sırada qərarlaşıb. "Sabah" isə 19 xalla beşincidir.