Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, turun bağlanış oyununda "Sumqayıt" doğma meydanda "Şamaxı"nı qəbul edib.
Meydan sahiblərinin 2:1 hesabı ilə qələbə qazandığı matçda hesabı qonaqlar açıb. 26-cı dəqiqədə Leroy Mikels fərqlənib. Bununla belə, fasilə ərəfəsində "gənclik şəhəri" təmsilçisi "status-kvo"nu bərpa edə bilib. Cordan Rezabala 45+1-ci dəqiqədə adını tabloya yazdırıb. Qarşılaşmada yekun nəticəni isə Rövlan Muradov müəyyənləşdirib. 78-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu komandasına 3 xal qazandırıb.
Bu nəticənin ardından Vaqif Cavadovun rəhbərlik etdiyi "Sumqayıt" 16 xalla altıncı sırada qərarlaşıb. "Şamaxı" isə 13 xalla yeddincidir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Kəpəz"i 2:0, "Qarabağ" "Səbail"i 3:0, "Neftçi" isə "Zirə"ni 2:1 hesabı ilə məğlub edib. "Turan Tovuz" - "Sabah" görüşü heç-heçə başa çatıb - 1:1.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta