AZ

Bjaniya Abxaziyada mövcud siyasi sistemin saxlanmasına çağırıb

Abxaziyanın keçmiş prezidenti Aslan Bjaniya ölkədə konstitusiya islahatlarına qarşı çıxıb...

Poliqon xəbər verir ki, O, TASS Agentliyinə müsahibəsində Bjaniya bu məsələni hərtərəfli öyrənməyə çağırıb. Onun sözlərinə görə, tanınmamış respublikada baş verənlər onun imicinə xələl gətirsə də, vəziyyət geri dönməz həddə çatmayıb və növbədənkənar seçkilər müəyyən dərəcədə ziddiyyətləri aradan qaldıracaq.

Xatırladaq ki, Abxaziya müxalifəti və yerli ictimai təşkilatlar parlament seçkiləri zamanı qarışıq seçki sisteminə keçidi nəzərdə tutan təcili islahatlara çağırıblar.

“Respublikanın siyasi quruluşu necədirsə, elə də olmalıdır”, deyə Bjaniya bu çağırışlara münasibət bildirib. Sabiq prezident müxalifət arasında belə bir islahatı proqressiv şəkildə həyata keçirməyə qadir insanların olduğuna şübhə etdiyini bildirib.

Poliqon.info

Seçilən
33
poliqon.info

1Mənbələr