AZ

Tramp administrasiyası Ukrayna ilə bağlı danışıqlara BU TARİXDƏ başlayacaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında davam edən münaqişədən dərin narahatdır, danışıqları təşkil etmək lazımdır.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uoltz danışıb. 

O bildirib ki, Tramp administrasiyası fəaliyyətinin ilk ayından bununla bağlı işə başlayacaq:

"Biz masa arxasında kimlərin olduğunu, razılaşmanın, atəşkəsin olub-olmayacağını, hər iki tərəfin necə masaya oturacağını, sonra sövdələşmənin əhatə dairəsi nədən ibarət olacağını müzakirə etməliyik".

Mayk Uoltz Avropa ölkələrinin bu prosesdə ABŞ-ın əsas tərəfdaşları olacağını qeyd edib.


Bizim.Media 

Seçilən
7
1
bizim.media

2Mənbələr