Braziliyanın şimal-şərqində yerləşən Alagoas ştatında, uzaq dağ yolunda bir avtobusun dərəyə yuvarlanması nəticəsində bazar günü 23 nəfər həyatını itirib.
Milli.Az xəbər verir ki, xilasetmə xidmətlərinin təsdiqlədiyinə görə, 22 nəfər hadisə yerində dünyasını dəyişib, bir nəfər - hamilə qadın - xəstəxanaya aparıldıqdan sonra vəfat edib, bu barədə Alagoas ştat hökumətinin açıqlamasında bildirilib.
Həmçinin qeyd olunub ki, daha 20 yaralı şəxs bölgə xəstəxanasına çatdırılıb.
Qəza Uniao dos Palmares şəhəri yaxınlığında baş verib.
Ştat qubernatoru Paulo Dantas bu "faciə" ilə əlaqədar sosial media platforması X-də üç günlük matəm elan edib.
Avtobus yolun çətin keçilən hissəsində, Braziliyalılar üçün tarixi əhəmiyyət daşıyan Serra da Barriga dağ silsiləsindəki bir yerin yaxınlığında yoldan çıxıb.
Lalə Qüdrətova
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun