AZ

"İsrail İraqı yalan bəhanələrlə təhdid edir" - Baş nazir

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani İsrailin İraqı əsassız və yalançı bəhanələrlə təhdid etdiyini bəyan edərək, ölkəsinin (İsrailə qarşı) hücum nöqtəsi kimi istifadə edilməsinə icazə verməyəcəklərini bildirib.

Turkustan.az xəbər verir ki, Sudani Bağdadda keçirilən tədbirdəki çıxışında bölgədə yüksək gərginlik olduğunu bildirərək, "Sionist varlıq adlandırdığıİsraili yalan və etibarsız bəhanələrlə təhdid etdi: " Bununla belə, İraqın belə bir vəziyyətə düşməsinə icazə verməyəcəyimizi vurğulamalıyıq" - deyə, bildirdi.

İsraili döyüş meydanını genişləndirməməyə çağırdığını təkrarlayan Sudani, Xarici İşlər Nazirliyinə İsrailin İraqı təhdid etməsi məsələsini beynəlxalq dairələrdə izləməyi tapşırdığını bildirib.

Bildirək ki, İraqın xarici işlər naziri Fuad Hüseyn iki gün əvvəl Duhokda keçirilən tədbirdə verdiyi açıqlamalarda İsraildən dolayı yolla təhdid məktubu aldıqlarını, lakin bu, müharibəyə çevriləcəyi anlamına gəlmədiyini bildirmişdi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
34
1
turkustan.az

4Mənbələr