AZ

Qazaxıstan BTC ilə neft ixracını artıracağını bildirib

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə neft ixracnı  ildə 20 milyon  tona qədər artırmağı nəzərdən keçirir.  Reuters verdiyi məlumata görə bu barədə həmin ölkənin energetika naziri Almasadam Satkaliyev  bildirib. 

 

2024-cü ilin yanvar-oktyabrında BTC vasitəsilə tranzit neftin nəqli illik müqayisədə 4,270 milyon tondan 4,475 milyon tona qədər artıb.


Cəmi isə bu kəmərlə bu ilin ilk 10 ayında 25,2 milyon ton neft ixrac edilib. Keçən ilin eyni dövründə bu göstərici 24,2 milyon ton olub.  Bu cəmi ixracın 75,3%-i təşkil edir. 

 

Bu ilin ilk 10 ayında Azərbaycan neft kəmərləri ilə  32,1 milyon ton neft nəql edilib. 

Nefti Aralıq dənizinin sahilində yerləşən Türkiyənin Ceyhan limanına çatdıraraq tanker partiyaları ilə ixrac edən BTC boru kəmərinin ümumi uzunluğu 1.768 kilometr təşkil edir.

 

Boru kəmərinin gücü gündə 1,2 milyon barrel neft ixrac etməyə imkan verir. BTC-nin layihə gücü neft ixracını  gündə 2,2 milyon barrelə qədər artırmağa imkan verir.

 

N.Təbrizli


www.anews.az
Seçilən
10
1
anews.az

2Mənbələr