İsrail “Hizbullah” ilə Livanda atəşkəs barədə təklif olunan sazişi ilkin olaraq təsdiqləyib.
Missiya.Az xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb.
Bildirilir ki, təklif üç mərhələdən ibarətdir:
1:Atəşkəsdən sonra Hizbullah Litani çayının şimalındakı qüvvələrini geri çəkəcək.
2:İsrail qoşunlarının Livanın cənubundan çıxarılması.
3:İsrail və Livan arasında mübahisəli sərhəd ərazilərinin demarkasiyasına dair danışıqlar.
Qeyd olunub ki, atəşkəs rejiminə nəzarət ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq quruma həvalə olunacaq.
Daşqın HəsənovMissiya.Az