AZ

"Liverpul"un baş məşqçisi Karlo Ançelottinin rekordunu təkrarladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ötən gün səfərdə "Sauthempton"u məğlub edən "Liverpul" (3:2) Premyer Liqada 10-cu qələbəsini qazanıb.
Oxu.Az "Opta"ya istinadən xəbər verir ki, "Liverpul"la 12 görüşün 10-da qalib gələn Arne Slot, İngiltərə Premyer Liqasında rekordu təkrarlayıb. Bundan əvvəl belə nəticəyə yalnız "Çelsi"də çalışmış Karlo Ançelotti və Qus Hiddink nail olublar.
"Liverpul" 28 xalla İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, Arne Slotun komandası ikinci yerdə qərarlaşan "Mançester Siti"ni 5 xal qabaqlayır.
Seçilən
22
27
oxu.az

10Mənbələr