AZ

Deputat Əminə Ağazadə MDB PA-da komissiya sədrinin müavini seçilib

Deputat

Müstəqil Dövlətlər Birliyinə üzv Dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) 57-ci plenar iclası çərçivəsində MDB PA-nın Hüquqi məsələlər üzrə Daimi Komissiyasının iclası keçirilib.

Reyting.az
xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə komissiyanın sədr müavini seçilib.

Parlament üzvləri “Əmlakın mülkiyyətə verilməsi üzrə müqavilələr haqqında”, “Dövlət kadastr qiymətləndirilməsi haqqında”, “Mükafat, ictimai müsabiqə, oyunlar və mərclər üzrə öhdəliklər haqqında” model qanun layihələrini müzakirə ediblər.

Həmin model qanun layihələrinin Assambleyanın növbəti plenar iclasında müzakirəyə təqdim edilməsi üçün MDB PA Şurasına müraciət olunması qərara alınıb.

Tədbirdə “Saxlama müqaviləsi haqqında”, “Vasitəçilik müqavilələri haqqında”, “Sadə tərəfdaşlıq müqaviləsi haqqında”, “Əmlakın istifadəyə verilməsi müqavilələri haqqında”, “İşlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi müqavilələri haqqında” model qanun layihələri üzərində işlərin gedişi müzakirə edilib.

Deputatlar “Ailə-məişət zorakılığı ilə mübarizənin hüquqi tənzimlənməsi haqqında” model qanun layihəsinə dair fikir mübadiləsi aparıblar.

Tədbirdə, həmçinin, 26 sentyabr 2024-cü il tarixində MDB PA-nın Hüquqi məsələlər üzrə Daimi Komissiyası yanında Ekspert Şurasının iclasının nəticələri barədə məlumat təqdim olunub. Şura tərəfindən hazırlanan təkliflər üzrə qərarlar qəbul edilib(rend).
Seçilən
2
2
reyting.az

3Mənbələr