AZ

Türkiyədə 1000-dən çox qeyri-qanuni immiqrant saxlanılıb

Bakı, TurkicWorld

Türkiyədə ölkə daxilində keçirilən “Kalkan-31” əməliyyatları çərçivəsində 43 miqrant qaçaqmalçılığı təşkilatçısı və 1298 qeyri-qanuni immiqrant saxlanılıb.

TurkicWorld xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında açıqlama verib.

Yerlikaya, “Kalkan-31” əməliyyatı zamanı 43 miqrant qaçaqmalçılığı təşkilatçısının və 7-si xarici ölkə vətəndaşı olmaqla ümumilikdə 1298 qeyri-qanuni immiqrantın saxlanıldığını bildirib. O əlavə edib ki, immiqrantların öz ölkələrinə qaytarılması üçün prosedurlara başlanılıb.

Nazir qeyd edib ki, beş min 735 nöqtədə keçirilən yoxlamalara 28 min 835 əməkdaş və 9 min 74 qrup cəlb olunub. Əməliyyat çərçivəsində tərk edilmiş binalarda, ictimai əyləncə məkanlarında, TIR qarajlarında, terminallarda, ictimai nəqliyyat dayanacaqlarında və stansiyalarda şəxsiyyət vəsiqəsi yoxlaması həyata keçirilib. Ümumilikdə , 426 min 565 nəfər yoxlanılıb.

Yerlikaya əməliyyatlar zamanı 4 min 606 tərk edilmiş bina, 8 min 48 ictimai yer, 483 terminal və 5 min 648 digər obyekt daxil olmaqla, ümumilikdə 18 min 785 məkanın yoxlanıldığını vurğulayıb.

Seçilən
23
turkic.world

1Mənbələr