AZ

Gürcüstan hökumətində 3 yeni nazir olacaq

EDnews bu barədə Gürcüstan KİV-lərinə istinadən xəbər verir.

Baş nazir İrakli Kobaxidze bildirib ki, Xarici İşlər Nazirliyinə Maka Boçorişvili, Ədliyyə Nazirliyinə Anri Oxanaşvili, Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinə David Sonqulaşvili rəhbərlik edəcək.

Nazirlər Kabinetinin yenilənmiş tərkibi bazar ertəsi yeni seçilmiş qanunverici orqan tam səlahiyyətlərə yiyələndikdən sonra təsdiq olunmaq üçün 11-ci çağırış parlamentə təqdim olunacaq.

Qeyd edək ki, bu il Gürcüstanda prezident seçkiləri keçiriləcək. Bunu Gürcüstan parlamentin spikeri vəzifəsinə namizəd Şalva Papuaşvili bildirib.

Spiker qeyd edib ki, seçkinin tarixi sabah elan ediləcək.

Seçilən
8
11
ednews.net

10Mənbələr