AZ

DSMF beynəlxalq müsabiqənin ali mükafatına layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) ABŞ-ın “World Future Awards” beynəlxalq proqramının “World Future Awards 2024” beynəlxalq müsabiqəsində iştirak edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, DSMF-nin müsabiqə işi beynəlxalq münsiflər tərəfindən yenilik, dəyər, xidmətlərin çatdırılması, keyfiyyət və təsir meyarlarına əsasən dəyərləndirilərək yüksək balla qiymətləndirilib.

Beləliklə, DSMF müsabiqənin “Ən yaxşı vətəndaşyönümlü sosial təminat sistemi” ali mükafatına layiq görülüb.

Müsabiqədə DSMF ilə yanaşı, ABŞ, Birləşmiş Krallıq, Kanada, Almaniya, Yaponiya, İsveç, Fransa, Norveç, Hindistan, Litva, İtaliya, Braziliya, Türkiyə daxil olmaqla 80-dən çox ölkənin dövlət və özəl qurumları iştirak ediblər.

Bu mükafat DSMF-nin 2024-cü ildə layiq görüldüyü 29-cu, 2021–2024-cü illər ərzində 52-ci beynəlxalq mükafatdır.

Seçilən
6
4
sia.az

5Mənbələr