AZ

Gürcüstan hökumətinin yeni tərkibi açıqlanıb

Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentə təqdim etmək üçün hökumətin yeni tərkibini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, hökumətin yeni tərkibi İrakli Kobaxidze tərəfindən Gürcüstanın Hökumət Administrasiyasında keçirilən brifinqdə məlum olub.  Hökumətin tərkibində üç dəyişiklik var. Dəyişiklik Xarici İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinə şamil edilib. İlia Darçiaşvili, Rati Breqadze və Otar Şamuqia artıq hökumətin tərkibində olmayacaqlar.

Müvafiq olaraq, İrakli Kobaxidze tərəfindən açıqlanan hökumətin yeni tərkibi belədir: Xarici işlər naziri - Maka Bocorişvili, ədliyyə naziri – Anri Oxanaşvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri – Davit Sonğulaşvili, iqtisadiyyat və davamlı inkişaf naziri – Levan Davitaşvili, müdafiə naziri – İrakli Çikovani, maliyyə naziri – Laşa Xutsişvili, regional inkişaf və infrastruktur naziri – İrakli Karseladze, daxili işlər naziri – Vaxtanq Qomelauri, təhsil, elm və gənclik naziri – Aleksandre Tsuladze, işğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri – Mixeil Sarcveladze, barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri – Tea Axvlediani və mədəniyyət və idman naziri – Tinatin Ruxadze.

Seçilən
19
hafta.az

1Mənbələr