AZ

Rusiya səfiri: “Bakı ilə İrəvan arasında sülh müqaviləsi bütün narahatlıqları aradan qaldırmalıdır”

Rusiya Ermənistanla Azərbaycan arasında davamlı sülhün tezliklə bərqərar olmasında maraqlıdır.

Demokrat.az “İzvestiya”ya istinadla xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin müsahibəsində bildirib.

O vurğulayıb: “Region üçün taleyüklü olan bu sənədin tərəflərdən heç biri üçün “acı dad” vermədən, bütün qarşılıqlı narahatlıqların ədalətli həllinə əsaslanması vacibdir. Aydın görürük ki, İrəvanla Bakı arasında qarşılıqlı məqbul kompromislərə nail olmaq, SSRİ-nin dağılmasından sonra baş verən əvvəlki hadisələri nəzərə alsaq, çətin və vaxt aparan prosesdir.

Rusiya həmişə Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər arasında imzalanan üçtərəfli sazişlər toplusunun ruhuna və hərfinə uyğun olaraq, ikitərəfli münasibətlərin tənzimlənməsində erməni və azərbaycanlı tərəfdaşlarına yardım göstərməyə hazırdır.

Bu cür yardımın formaları və həcmini danışıqlar aparan tərəflərin özü seçməlidirlər. Bu baxımdan oktyabrın 24-də Kazanda keçirilən BRİKS sammitində Ermənistan və Azərbaycan arasında ən yüksək səviyyədə məhsuldar təmasların baş tutmasına və münasibətlərin normallaşması üzrə dialoqa faydalı təkan verdiyinə şadıq”



Seçilən
8
2
demokrat.az

10Mənbələr