AZ

Şəkər çuğundurunun istehsalı 31,5 faiz artıb

Fins.az xəbər verir ki, yanvar-oktyabr aylarında şəkər çuğundurunun istehsaında 31,5 faiz artım qeydə alınıb

  • 2024-cü təsərrüfat ilində ölkədə şəkər çuğundurunun istehsalında ciddi artım qeydə alınıb.
  • Bu ilin yanvar-oktyabr ayları ərzində 164.5 min ton şəkər çuğunduru yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,5% artıqdır.
  • Bu il Azərbaycanın 25 rayonunda şəkər çuğunduru əkilib. Ən çox əkinlər Hacıqabul (1328 ha), Tovuz (1223 ha) və Salyan (1030 ha) rayonlarında qeydə alınıb.
  • Hazırda sahələrdən şəkər çuğundurunun yığımı davam edir.
  • Noyabrın 20-nə olan operativ məlumata görə, şəkər çuğunduru üzrə orta məhsuldarlıq göstəricisi 400 sentner/hektardan artıqdır.
  • Ölkəmizdə şəkər çuğundurunun əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır.
  • Aqrar Subsidiya Şurasının qərarına əsasən, növbəti təsərrüfat ilindən müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə becərilmiş və tədarükçü şirkətə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə fermerə 19 manat məhsul subsidiyası ödəniləcək.
  • Müasir suvarma sistemi quraşdırılmayan sahələrdə becərilən şəkər çuğundurunun hər tonuna görə isə fermerlər 18 manat məhsul subsidiyası alacaqlar.

Zemfira Ms
Fins.az

 

Seçilən
3
10
fins.az

10Mənbələr