AZ

“Nə üçün balığı qatıqla yemək olmaz?” - Səbəbi bilindi

“Nə üçün balığı qatıqla yemək olmaz?” sualının cavabı yəqin ki, sizə də maraqlıdır.

Ölkə.Az “haber7”yə istinadla xəbər verir ki, çoxları balıq və qatıq birlikdəyeyildikdə  qida zəhərlənməsinə səbəb olacağını düşünür. Balıqla qatığın xüsusilə mədə və bağırsaq sağlamlığına mənfi təsir göstərdiyi deyilir.

Bəs doğrudan da belədirmi?

Balıqla qatıq yeməyin zəhərlənməyə səbəb olduğuna dair elmi sübut yoxdur. 

Bu iki qidanı birlikdə yemək mədənin pH səviyyəsinə təsir edə bilər. Balıqda həzm olunması çətin olan zülallar var, qatıq isə turşu rolunu oynaya bilər. Yəni bu ikili mədə turşuluğunu daha da artıra bilər.

Sadəcə olaraq balığın təzə olduğundan əmin olmalısınız. Dondurulmuş balıq alırsınızsa, son istifadə tarixinə diqqət yetirin.
Eynilə, qatıq yeyərkən son istifadə tarixinə nəzər salmaq lazımdır.

Balığın bayat olub-olmadığını anlamaq üçün onun qəlpələrinin və gözlərinin parlaq olduğundan əmin olun.

Billurə

Seçilən
13
2
olke.az

3Mənbələr