ABB müştərilər üçün daha da əlçatan olmaq üçün xidmət şəbəkəsini genişləndirməkdədir. Bank paytaxtın Bakıxanov qəsəbəsində də yeni filial açıb. Filial Muxtar Fətəliyev küçəsi 70 ünvanında, ABB-nin yeni brend kimliyinə uyğun qurulmuş məkanda fəaliyyət göstərir.
Müştərilər ABB-nin digər filialları kimi Bakıxanov filialında da müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.
www.anews.az