AZ

Coy-Lens Mikels “Sabah”da 40-cı qolunu vurdu

Azərbaycan Premyer Liqasının 14-cü turunun “Turan Tovuz”la səfər oyunu “Sabah”ın hücumçusu Coy-Lens Mikels üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, almaniyalı futbolçu “Sabah”ın heyətində 40-cı qolunu vurub. 30 yaşlı oyunçunun yubileyi Azərbaycan Premyer Liqasının 14-cü turunun “Turan Tovuz”la görüşünə təsadüf edib. O, 1:1 komandasının bərabərlik qolunun müəllifi olub.

Mikels Bakı klubunda keçirdiyi 86-cı oyunda 40-cı dəfə fərqlənib. O, Premyer Liqada 35 (74 oyun), ölkə kubokunda 3 (6 oyun), avrokuboklarda 2 (6 oyun) dəfə rəqib qapısına yol tapıb.

Xatırladaq ki, Coy-Lens Mikels “Sabah”ın tarixində ən məhsuldar oyunçudur.

Seçilən
8
10
arena.az

10Mənbələr