AZ

Dövlət büdcəsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsinə başlanılıb.

Musavat.com-un xəbərinə görə, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov büdcə layihəsi ilə bağlı məlumat verib.

Komitə rəhbəri bildirib ki, 2025-ci ilin dövlət büdcəsi Prezidentin müəyyən etdiyi təşəbbüsləri, milli inkişaf predmetlərindən irəli gələn sosial-iqtisadi hədəfləri əhatə edir.

Azər Əmiraslanov növbəti ildə ÜDM-in 3-4 faiz artacağını deyib.

Bildirib ki, 2025-ci ildə inflyasiyanın 4-6 faiz olacağı gözlənilir:

“Büdcə kəsiri 3 milyarddan bir az çox olacaq. Dövlət büdcəsinin 49 faizi neft, 51 faizi isə qeyri-neft sektorundan gələcək. Şəhid ailələrinə, qazilərə dövlətin diqqət və qayğısı gələn il də davam etdiriləcək. Minimium əmək haqqı və pensiyaların artırılması, pensiyaların indeksləşdirilməsi gözlənilir. Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir”.

Azər Əmiraslanov qeyd edib ki, hazırda ölkənin valyuta ehtiyatları 73 milyard ABŞ dolları təşkil edir:

“Bu da ilin sonuna gözlənilən ümumi daxili məhsulun dəyərinə bərabər olmaqla 5,3 milyard ABŞ dolları təşkil edən birbaşa xarici borcdan 14 dəfə çoxdur”.

Komitə sdəri bildirib ki, Azərbaycanın büdcəsinin sosial xərcləri Ermənistanı 50 faiz üstələyir.

E.Paşasoy,
Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr