ABB müştərilər üçün daha da əlçatan olmaq üçün xidmət şəbəkəsini genişləndirməkdədir.
Gundem.az xəbər verir ki, bank paytaxtın Bakıxanov qəsəbəsində də yeni filial açıb.
Filial Muxtar Fətəliyev küçəsi 70 ünvanında, ABB-nin yeni brend kimliyinə uyğun qurulmuş məkanda fəaliyyət göstərir.
Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb.
Müştərilər ABB-nin digər filialları kimi Bakıxanov filialında da müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.