AZ

Elvin Camalov 250-yə çatdı

Azərbaycan Premyer Liqasının 14-cü turunun “Turan Tovuz”la səfər oyunu “Sabah”ın futbolçusu Elvin Camalov əlamətdar olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Camalov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. 29 yaşlı oyunçu “Turan Tovuz”la səfər matçına (1:1) start heyətində çıxıb.

Premyer Liqada 2013/2014 mövsümündə debüt etmiş Camalov 250 oyunda 2 qol vurub.

Elvin indiyə qədər üç komandanın formasını geyinib. Azərbaycan millisinin üzvü “Qəbələ”də 111, “Zirə”də 43, “Sabah”da 96 (2 qol) oyun keçirib.

Xatırladaq ki, Elvin Camalov Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 74-cü futbolçudur.

Seçilən
8
16
arena.az

10Mənbələr