AZ

Nazir: 2026-2028-ci illərdə neftin bir barelinin qiymətinin 65 dollar olacağı proqnozlaşdırılır

Neftin bir barelinin qiymətinin 2025-ci ilə 70 dollar, 2026-2028-ci illərdə 65 dollar olacağı proqnozlaşdırılır...

Poliqon xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, proqnozlaşdırılan qiyməti də nəzərə almaqla, 2025-ci ildə adambaşına düşən ÜDM-in 7412 dollar, 2028-ci ilin sonuna isə 8522 dollar olacağı nəzərdə tutulur.

Poliqon.info

Seçilən
1
15
poliqon.info

10Mənbələr