AZ

Mənuçehr Əhədpurun şirkəti cərimə olunur

"Az Varvara" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində gömrük qaydaları əleyhinə olan (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) inzibati xəta protokolu tərtib edilib.

Qaynarinfo-nun məlumatına görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə irəli sürülüb. 

İnzibati Xətalar Məcəlləsinin 483.-cü maddasinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə edilir.

Bu Məcəllənin 483-cü maddəsində "az miqdarda" dedikdə, 20 min manatadək olan məbləğ başa düşülür.

İş Xəzər Rayon Məhkəməsinin hakimi Ramilə Xəzrinin icraatındadır. 

Qeyd edək ki, "Az Varvara" MMC -nin qanuni təmsilçisi Məmmədova Hicran Vidadi qızıdır. Balıq istehsalı ilə məşğul olan bu şirkətin əvvəlki qanuni təmsilçisi Mənuçehr Əhədpur Xangah Əli oğlu olub. Mənuçehr Əhədpurun adı uzun müddət mətbuatda fövqəlada hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olan "Gilan" holdiqlə birgə çəkilib.
 
Onu da bildirək ki, Mənuçehr Əhədpur eyni zamanda peşəkar "poker" oyunçusu kimi də tanınır. Bugünə kimi çoxsaylı poker oyunlarında qalib olub.

Aydın

Seçilən
29
qaynarinfo.az

1Mənbələr