AZ

Bu xəstəlik gənclər və uşaqlar arasında sürətlə artır – “İrsən də keçir”

Diabet artıq orta və yaşlı insanlarla bərabər, gənclərdə, hətta uşaqlarda özünü göstərməyə başlayıb. Xəstəliyin “cavanlaşması” təkcə Azərbaycanda deyil, bütün dünyada müşahiə olunur.

Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan həkim-professor Adil Qeybulla bildirib ki, texnologiya və bu kimi imkanların artması insanları tənbəlləşdirir, bu isə fiziki hərəkətliyin azalmasına gətirib-çıxarır:

“Əvvəla qeyd edim ki, bütün dünyada şəkər xəstəliyinin sayının artması tendensiyası müşahidə edilir. Təkcə şəkər xəstəliyi deyil, elə bütün xəstəliklər artım dinamikasındadır.

Birincisi, əhali sürətlə artır. Ona görə də xəstəliklərin də sayı artır və adambaşına düşən xəstəliklərin sayı də çoxalır. İkincisi, Yer kürəsində rəqəmsal inkişafın imkanları artdıqca insanlar daha da tənbəlləşirlər və daha az hərəkət edirlər. Digər tərəfdən, qida qəbulu artır və bu orqanizmə daxil olan kalori ilə sərf olunan kalori arasındaki balansı pozur.

Nəticədə qəbul olunan qidalar müxtəlif şəkildə orqanizmə çöküb qalır və piylənməyə, çəki artımına səbəb olur. Təbii ki, əlavə xəstəliklərə gətirib çıxarır”. 

A. qeybulla qeyd edib ki, gənclər arasında yayılan ifrat çəki artımı və piylənmə şəkər xəstəliyinin yaranmasında birbaşa rol oynayır:

“Şəkərli diabet mübadilə xəstəliyidir. Bu daha çox həyat tərzinə bağlı xəstəlikdir. Təbii ki, burada irsi faktorlar da əsas rol oynayır. Ata-ana xətti ilə şəkərli diabet irsi yolla da yayılır. Amma məsələ burasındadır ki, əsas rol oynayan amillərdən biri həyat tərzidir. İnsanların çox qida qəbul edib az hərəkət etməsi orqanizmdə mübadilə pozuntularının baş verməsi və insulin müqavimətinin yaranmasına zəmin hazırlayır. Yəni bu cür situasiyalar artır və gənclər arasında sürətlə yayılan artıq çəki, piylənmə kimi problemlər şəkərli diabetin yaranması ilə nəticələnir. Şəkərli diabetin gəncləşməsinin səbəblərindən biri də məhz budur”.

Seçilən
13
2
olke.az

3Mənbələr