AZ

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Kulis.az heyvan saxlayan yazıçıların qəribə xüsusiyyətlərini təqdim edir.

Antik Roma şairi Vergili milçək saxlayırmış. Hətta milçəyinin cənazəsinə bu günün pulu ilə təxminən bir milyon dollar xərcləyib. Cənazədə orkestr ifa edib, balaca məzar qoyulub.

Romantizm cərəyanının ən məşhur simalarından olan fransız şair Cerard de Nerval xərçəng saxlayırmış. Onu tez-tez Paris küçələrinə gəzintiyə çıxararaq: “Xərçənglər əla ev heyvanıdırlar, dənizin sirlərini bilən, hürməyən, sakit və ciddi məxluqlardır”, - deyirmiş. Nerval 1841-ci ildə ağlını itirib.

****

Viktoriya dövrünün şairi Elizabet Barrett Brauninqin Fluş adlı qızılı ispan iti varmış. Fluş sonralar Virciniya Vulfun yazdığı “bioqrafiya”nın mövzusu olub. Brauninq itin xatirəsinə “Fluşa” adlı şeir yazıb, hətta xəstələndiyi dövrdə vaxtını keçirmək üçün itə stolüstü oyunlar oynamağı da öyrətməyə çalışıb.



****

Ernest Heminquey isə pişikləri sevərmiş. Yazıçının 30-dan çox altı barmaqlı pişiyi olub. Görünür, “Heminquey pişikləri” ifadəsi də oradan yaranıb. Pişiklərinə qəribə adlar qoyub: "Alley Cat" (küçə pişiyi), "Boise", "Crazy Christian" (Çılğın xristian), "Ectracy", "Friendless Brother" (Dostsuz qardaş), "Fats", "F.Puss", "Furhouse "(Kürk evi), "Pilar" (Sütun), "Thruster" (İtici), "Whitehead" (Ağ baş), "Uilli" (arqo deyimlə, penis)...

Mark Tven pişiklərə ad qoymaqda Heminqueyi kölgədə qoyub. Müxtəlif vaxtlarda evində saxladığı pişiklərin adları beləydi: "Buffalo Bill", "Satan" (Şeytan), "Sin" (Günah), "Sour Mash" (Turş püre), "Tammany " ....

Ədəbiyyat dünyasının ən böyük pişiksevəri ingilis şair Tomas Sternz Eliotdur. Pişiklər haqqında kitab yazıb, pişiklər məşhur “Cats” müziklının ilham mənbəyi olub.

Amerikan şair Doroti Parker isə hamam vannasında iki timsah saxlayırmış...

Seçilən
2
1
kulis.az

2Mənbələr